Ukraynanın “Dnepr” klubu maliyyə böhranından yaxa qurtara bilmir.
Sportal.az xəbər verir ki, ötən mövsümün nəticələrinə görə II liqaya yuvarlanan Dnepetrovski təmsilçisinin bu liqada da oynayıb-oynamayacağı hələlik müəyyənləşməyib.
Məsələ burasındadır ki, klub maliyyə vəziyyəti aşağı olduğu üçün Ukrayna Futbol Federasiyasından sertfikat ala bilməyib. Əgər “Dnepr” 10 gün ərzində lazım olan maliyyə sənəndlərini yerli quruma təqdim etməsə, o zaman ikinci liqaya da buraxılmayacaq.
Qeyd edək ki, “Dnepr” 2015-ci ildə Avropa Liqasının finalına qədər irəliləyə bilmişdi.
saytlarin hazirlanmasi