32-ci dəfə ölkə çempionu oldu

13:03 - 21 İyun 2017

Argentina çempionatında çempion müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, “Boka Xuniors” çempionatın başa çatmasına bir tur qalmış çempionluğunu rəsmiləşdirib.

 

Bu, 2-ci pillədə qərarlaşan “Banfild”in “San-Lorenso”ya məğlub olmasından (0:1) baş verib. Bununla da “Boka Xuniors” tarixində 32-ci dəfə ölkənin ən güclüsü olub.

 

36 dəfə Argentina çempionu olmuş “River Pleyt” isə çempionatı 3-cü pillədə başa vurub.

Xəbər xətti