Milli komandamızın üzvü Ramil Şeydayevin çıxış etdiyi "Jilina" təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.
Sportal.az xəbər verir ki, son Slovakiya çempionu bu ölkənin digər klubu "Trençin"lə qarşılaşıb. Görüş Şeydayevin komandasının 3:6 hesablı məğlubiyyəti ilə başa çatıb. Millimizin hücumçusu matçın 46-cı dəqiqəsində meydana daxil olub.
Qeyd edək ki, "Jilina" Çempionlar Liqasının II təsnifat mərhələsində Danimarkanın "Kopenhagen" klubu ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi