Almaniya 3-cü Bundesliqasında çempion olaraq yeni mövsümdən 2-ci Bundesliqada oynamaq hüququ qazanan "Duysburq" yay fasiləsindən qayıdıb.
Sportal.az xəbər verir ki, ötən gün yeni mövsümün hazırlığına başlayan Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın komandası bu gün ilk yoxlama matçına da çıxıb. "Duysburq" Almaniyanın aşağı liqa təmsilçilərindən olan "Stadtauşval"la qarşılaşıb. Oyun futbolçumuzun komandasının 6:1 hesablı qələbəsi ilə başa çatıb.
Erat da bu oyunun iştirakçısı olub. O, ikinci hissədən etibarən meydanda çıxıb və sonadək oynayıb.
saytlarin hazirlanmasi