Milli komandamızın futbolçusu Pavel Paşayevin çıxış etdiyi "Stal" klubu fəaliyyətini dayandırmayacaq.
Sportal.az xəbər verir ki, bu barədə məlumatı klubun prezidenti Vardan İsraelyan verib. O, klubdakı vəziyyətin stabilləşdiyini deyib: "Klubda vəziyyət stabilləşib. Son durum elitada mübarizə aparan digər klublardakı kimidir".
Klub prezidenti gələn mövsümdən gənc futbolçulara güvənəcəklərini bildirib: "Düzdü, gələn mövsümdən gənc futbolçulara güvənəcəyik. Amma bəzi təcrübəli futbolçularımız da komandada qalacaqlar. Onu deyə bilərəm ki, Anton Kravçenko, Yuri Klimçuk, Aleksey Dovqi, Maksim Zaderaka, Maryam Musuk, Orest Kuzuk və Malakian qardaşları komandamızı tərk etməyəcəklər".
Göründüyü kimi, komandada saxlanılacaq futbolçular arasında millimizin müdafiəçisinin adı yoxdur. O, böyük ehtimalla "Stal"la gələn mövsümün sonuna qədər olan müqaviləsinə xitam verəcək və "Neftçi"yə üz tutacaq.
saytlarin hazirlanmasi