İsveç çempionatının 4-cü liqasında növbəti turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, həmyerlimiz Orxan Həsənəliyevin şərəfini qoruduğu “Hesselbi” səfərdə “Olimpiakos”la qarşılaşıb və 3:0 hesablı qələbə qazanıb.
Həsənəliyev bu matça da start heyətdə başlayıb və sonadək oynayıb. Komandasının ilk qolunun müəllifi də Orxan olub. O, 29-cu dəqiqədə darmadağının əsasını qoyub.
Qeyd edək ki, 9 nömrəli forma altında çıxış edən hücumçu bununla da cari mövsümdə vurduğu qolların sayını 5-ə çatdırıb.
saytlarin hazirlanmasi