Azərbaycan millisinin sabiq futbolçusu Rüfət Dadaşov almaniyada klubunu dəyişib.
Sportal.az xəbər verir ki, Dadaşov karyerasını yenə də Regional Liqasının Şimal-Şərq zonasında davam etdirəcək. 26 yaşlı forvard Berlinin “Dinamo” klubu ilə 1 illik müqavilə bağlayıb.
Rüfət ötən mövsüm Regional Liqada çıxış edən "Moyzelvits" klubunda çıxış edib.
Xatırladaq ki, Rüfət Dadaşov 2013-2014-cü illərdə millimizin heyətində 16 oyunda iştirak edib və 4 qol vurub.
saytlarin hazirlanmasi