Milli komandamızın futbolçusu Ramil Şeydayev bu gün Çempionlar Liqasında debüt edə bilər.
Sportal.az xəbər verir ki, 21 yaşlı hücumçumuzun komandası Slovakiya “Jilina”sı ÇL-in ikinci təsnifat mərhələsinin ilk matçında Danimarkanın “Kopenhagen” klubunu qəbul edəcək.
Oyun Bakı vaxtı ilə saat 23:15-də başlanacaq.
Qeyd edək ki, “Jilina”nın əsas oyunçularından olan R.Şeydayevin bu görüşdə iştirakı ehtimalı yüksəkdir.
saytlarin hazirlanmasi