Millimizin yarımmüdafiəçisi Eddi İsrafilovun çıxış etdiyi “Kadiz” təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.
Sportal.az xəbər verir ki, Sequnda təmsilçisi III liqada mübarizə aparan “Sanluqueno” ilə qarşılaşıb. Oyun “Kadiz”in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyundan yeganə qolu 75-ci dəqiqədə Eddi İsrafilov vurub.
Qeyd edək ki, Eddi bir neçə gün öncə “Barbate”yə qarşı matçda da fərqlənmişdi. O, həmin oyunda 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalmışdı.
saytlarin hazirlanmasi