Millimizin üzvü "Antalyaspor"a qarşı oynadı

00:49 - 24 İyul 2017

Almaniyanın "Aue" klubu 2-ci Bundesliqanın yeni mövsümünə hazırlığını davam etdirir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu kollektiv Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti yoxlama matçına çıxıb. "Bənövşəyilər" Türkiyənin "Antalyaspor" klubu ilə qarşılaşıb. Oyunda qalib müəyyənləşməyib - 1:1.

 

Millimizin yarımmüdafiəçisi də bu qarşılaşmanın iştirakçısı olub. Start heyətdə meydana çıxan Nazarov 75-ci dəqiqədə əvəzlənib.

Xəbər xətti