İspaniyanın "Kadiz" klubu növbəti mövsümə hazırlığı davam etdirir.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun şərəfini qoruduğu klub bu gün növbəti yoxlama matçına çıxıb.
Geridə qalan mövsümdə İspaniya Sequndasında çempion olaraq La Liqaya yüksələn "Levante" ilə qarşılaşan futbolçumuzun komandası meydandan 1:2 hesablı məğlubiyyətlə ayrılıb.
Eddi də bu görüşün iştirakçısı olub. O, fasilədən sonra meydana çıxıb. Komandasının son dəqiqələrdə vurduğu təsəlli qolunun məhsuldar ötürməsini də məhz millimizin üzvü verib.
Qeyd edək ki, Eddi bundan öncə keçirilən 2 yoxlama oyununda 2 qol, 2 məhsuldar ötürmə ilə yadda qalmışdı.
saytlarin hazirlanmasi