Milli komandamızın və Slovakiyanın "Jilina" klubunun hücumçusu Ramil Şeydayev "Qarabağ" klubu barədə "facebook" səhifəsində paylaşım edib.
Sportal.az xəbər verir ki, gənc hücumçu Çempionlar Liqasının pley-off mərhələsində Danimarkanın "Kopenhagen" klubu ilə qarşılaşacaq Ağdam klubuna uğurlar arzulayıb. O, "Biz bacarmadıq, inşallah, "Qarabağ" bacaracaq" - sözlərini yazıb.
Qeyd edək ki, "Kopnehagen" II təsnifat mərhələsində "Jilina"nı mübarizədən kənarlaşdırıb.
saytlarin hazirlanmasi