Ukrayna Premyer Liqasında 4-cü turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" səfərdə "Çernomorets"lə qarşılaşıb və bu oyundan heç-heçə ilə ayrılıb - 2:2.
Start heyətdə meydana çıxan millimizin üzvü bu görüşün sonunadək meydanda olub. O, 25-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
"Aleksandriya" 4 turdan sonra 3 xalla 12 klub arasında 10-cu pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi