Azərbaycanlı hücumçu Rauf Əliyev Albaniyanın “Kukesi” klubunun təklifinə “hə” deməzdən öncə məşhur albanla məsləhətləşib.
Sportal.az xəbər verir ki, söhbət Albaniya millisinin kapitanlarından biri, “Qarabağ”ın aparıcı üzvü Ansi Aqollidən gedir. Rauf “Qarabağ”da birgə oynadığı sabiq komanda yoldaşı Ansidən klub, şəhər, rəhbərliklə bağlı danışıb. Ansi Aqollinin müsbət fikir söyləməsi Rauf Əliyevin qərarında rol oynayıb.
Qeyd edək ki, artıq Albaniyaya yola düşən Rauf Əliyev 1 illik müqavilə imzalayacaq. (Futbol11.az)
saytlarin hazirlanmasi