Kiprin "Anortosis" klubunun vitse-prezidenti Kiriakos Ciaqku "Qəbələ"nin və Azərbaycan milli komandasının futbolçusu Araz Abdullayevin transferindən danışıb.
Sportal.az xəbər verir ki, Famaqusta təmsilçisinin rəsmisi Arazla yanaşı kot-d-ivuarlı Seyku Sisse adlı hücumçunun da heyətə cəlb ediləcəyini bildirib: "Araz Abdullayevin transferi başa çatıb. Sisse isə qarşıdakı 2-3 gündə rəmən bizimlə olacaq. Sisse ilə bağlı bəzi məsələlər qalıb. Biz hər iki futbolçuyla razılaşmışıq. Ümid edirik ki, onlar yeni mövsümün əvvəlindən bizə kömək edəcəklər".
Xatırladaq ki, "Anortosis" Arazla 1 illik müqavilə bağlayıb.
saytlarin hazirlanmasi