Türkiyə Super Liqasında 2017/18 mövsümünə start verilib.
Sportal.az xəbər verir ki, turun ilk oyununda əsas millimizin üzvü Dəniz Yılmaz və gənclər yığmamızın futbolçusu Ozan Can Kökcünün şərəfini qoruduğu “Bursaspor” səfərdə "Başakşəhər"lə üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb.
Start heyətdə meydana çıxan Dəniz sonadək mübarizə aparıb. Ozanın adı isə bu görüşün iştirak ərizəsinə daxil edilməyib.
saytlarin hazirlanmasi