Latviya I Liqasında 15-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun komandası - "Olayne" səfərdə "Tukums 2000" ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 3:0.
Start heyətdə meydana çıxan Vüqar 89-cu dəqiqədə əvəzlənib. Komandasının qollarından birinə də məhz futbolçumuz imza atıb. Belə ki, 68-ci dəqiqədə o, hesabı 2:0 edib. Bu, onun cari mövsümdə vurduğu 12-ci qol olub.
"Olayne" 15 turdan sonra 29 xalla 14 komanda arasında 3-cü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi