Almaniya Kubokunda 2017/18 mövsümünün ilk mərhələsinin oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu "Aue" səfərdə "Vehen"lə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.
Bu məğlubiyyət Aue təmsilçisinin Almaniya Kubokunu elə ilk raunddaca tərk etməsinə səbəb olub.
Nazarov da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin üzvü sonadək oynayıb.
saytlarin hazirlanmasi