Millimizin futboçusu Kamran Ağayevin şərəfini qoruduğu “Mlada Boleslav” Çexiya çempionatında növbəti oyununa çıxıb.
Sportal.az xəbər verir ki, komanda üçüncü turda “Karvina”nın qonağı olub. Matç 1:1 hesabı ilə başa çatıb. Ağayevin adı görüşün iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, “Mlada Boleslav” 3 turdan sonra 1 xalla turnir cədvəlində 14-cü pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi