Rusiya 1-ci divizionunda 8-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun formasını geyindiyi "Fakel" də növbəti matçına çıxıb. Voronej təmsilçisi doğma meydanda Moskva “Spartak”ının ikinci komandası ilə qarşılaşıb. “Fakel” bu oyundan məğlubiyyətlə ayrılıb - 0:3.
Samir bu görüşün iştirakçısı olmayıb. Onun adı ümumiyyətlə, matçın iştirak ərizəsinə də daxil edilməyib.
"Fakel" 8 turdan sonra 5 xalla 20 klub arasında sonuncu pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi