Milli komandamızın qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu “Mlada Boleslav” Çexiya çempionatında növbəti oyununa çıxıb.
Sportal.az xəbər verir ki, komanda dördüncü tur çərçivəsində öz meydanında “Slovan Liberets”i qəbul edib. Matç qonaqların 0:3 hesablı qələbəsi ilə başa çatıb.
Ağayevin adı komandasının darmadağın olduğu görüşün iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, “Mlada Boleslav” 4 turdan sonra 1 xalla turnir cədvəlinon sonuncu - 16-cı pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi