Rusiya 1-ci divizionunda 9-cu turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun formasını geyindiyi "Fakel" də növbəti matçına çıxıb. Voronej təmsilçisi səfərdə "Baltika" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.
Samir bu görüşün iştirakçısı olmayıb. Onun adı ümumiyyətlə, matçın iştirak ərizəsinə də daxil edilməyib.
Qeyd edək ki, "Fakel" geridə qalan turlarda topladığı 8 xalla 20 klub arasında 15-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi