Millimizin hücumçusu Ramil Şeydayev "Jilina"nın B komandasının heyətində meydana çıxıb.
Sportal.az xəbər verir ki, Slovakiyanın II liqasının IV turunda "Novo Mesto" ilə matçda əsas heyətdə yer alan 20 yaşlı futbolçu komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşan matçda qol vurub. 60 dəqiqə meydanda olan Ramil 12-ci dəqiqədə hesabı açıb.
Qeyd edək ki, “Jilina”nın əsas komandası isə bu gün səfərdə “Dunajska” ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi