Portuqaliya çempionatında 3-cü turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Emin Mahmudovun formasını geyindiyi "Boavişta" səfərdə "Maritimu" ilə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.
Emin bu qarşılaşmanın iştirakçısı olmayıb. Onun adı ümumiyyətlə matçın iştirak ərizəsinə daxil edilməyib.
"Boavişta" geridə qalan turlarda xal qazanmayan yeganə komandadı və 18 klub arasında sonuncu pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi