Rusiya 1-ci divizionunda 11-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun formasını geyindiyi "Fakel" səfərdə Sankt-Peterburq "Zenit"inin ikinci komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan 1:4 hesablı məğlubiyyətlə ayrılıb.
Samir də bu görüşün iştirakçısı olub. O, qarşılaşmanın 82-ci dəqiqəsində meydana çıxıb.
Qeyd edək ki, "Fakel" geridə qalan turlarda topladığı 8 xalla 20 klub arasında 18-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi