"Qəbələ" Futbol Akademiyasının yetirməsi, 19 yaşlılardan ibarət milli komandamızın kapitanı Fərid Nəbiyev Çexiyanın "Slaviya" klubun heyətində ilk oyununu keçirib.
Sportal.az xəbər verir ki, gənc hücumçu Praqa təmsilçisinin U-21 komandasının heyətində ölkə çempionatının VI turunda "Pribram"la səfər matçında meydanda olub.
Bir neçə gün öncə klubla 3 illik müqavilə imzalayan Nəbiyev məşqlərdə özünü yaxşı tərəfdən göstərərək məşqçilər korpusunun etimadını qazanıb və "Pribram"la matça start heyətində meydana daxil olub. O, 84-cü dəqiqədə əvəzlənib.
Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, "Slaviya" geridə qalan 6 turda 10 xal toplayıb və turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi