DÇ-2018-in seçmə mərhələsində millimizin rəqibi olan Almaniya yığması daha bir itki ilə üzləşib.
Sportal.az xəbər verir ki, Benedikt Hövedes sıradan çıxıb. “Yuventus”un müdafiəçisinin məşq zamanı əzələsi zədələnib. 29 yaşlı futbolçu 1 ay yaşıl meydanlardan uzaq qalacaq.
Bu isə onun DÇ-2018-in seçmə mərhələsində oktyabrın 5-də Şimali İrlandiya və 8-də millimizə qarşı keçiriləcək oyunları buraxacağı deməkdir.
Xatırladaq ki, Almaniya millisinin qapıçısı Manuel Noyer də zədə səbəbindən yığmamızla oyunu buraxacaq.
saytlarin hazirlanmasi