Çexiyanın DÇ-2018-in seçmə mərhələsində millimizlə və San-Marino ilə oyunlar üçün heyəti açıqlanıb.
Sportal.az xəbər verir ki, komandanın baş məşqçi Karel Yarolim sözügedən görüşlər üçün yığmaya 23 futbolçu dəvət edib. Çexiya millisinin və "Roma"nın hücumçusu Patrik Şik zədə səbəbindən milliyə çağırılmayıb.
Qapıçılar: Tomaş Vaçlik ("Bazel"), Tomaş Kubek ("Renn"), Yiri Pavlenka ("Verder" Bremen)
Müdafiəçilər: Teodor Gebre-Selassie ("Verder"), Pavel Kaderabek ("Hoffenhaym"), Yan Boril ("Slaviya"), Yakub Brabeç ("Genk"), Mixael Lüftner ("Kopenhagen"), Marek Suşi ("Bazel"), Tomaş Kalas ("Fulhem"), Filip Novak ("Midtyulland")
Yarımmüdafiəçilər: Tomaş Suşek, Yaromir Zmrhal, Jozef Huşbauer (hamısı "Slaviya"), Borek Dokal ("Henan"), Vladimir Darida ("Herta"), Antonin Barak, Yakub Yankto (hər ikisi "Udineze"), Şimon Falta ("Siqma"), Yan Kopiç ("Viktoriya")
Hücumçular: Yan Klemen ("Brondbü"), Milan Şkoda ("Slaviya"), Mixal Krmençik ("Viktoriya")
Qeyd edək ki, Azərbaycan - Çexiya oyunu oktyabrın 5-i keçiriləcək.
saytlarin hazirlanmasi