DÇ-2018-in seçmə mərhələsində millimizin rəqibi olan Almaniya yığmasının heyəti açıqlanıb.
Sportal.az xəbər verir ki, yığmanın baş məşqçisi Yoahim Löv qarşıdakı milliyə 23 futbolçu çağırıb.
Qeyd edək ki, oktyabrın 5-də Şimali İrlandiyanın qonağı olacaq Bundestim, oktyabrın 8-də millimizi qəbul edəcək.
Qapıçılar: Bernd Leno (“Bayer” Leverkuzen), Mark Andre Ter-Ştegen (“Barselona”, İspaniya), Kevin Trapp (PSJ, Fransa)
Müdafiəçilər: Jerom Boatenq, Jozua Kimmix, Mats Hummels, Niklas Züle (hamısı “Bavariya”), Matias Ginter (“Borussiya” Dortmund), Şkodran Mustafi (“Arsenal”, İngiltərə), Marvin Plattenhardt (“Herta”), Antonio Rüdiger (“Çelsi”, İngiltərə)
Yarımmüdafiəçilər: Yulian Brandt (“Bayer”), Əmrə Can (“Liverpul”, İngiltərə), Yulian Draksler (PSJ, Fransa), Leon Qoretska (“Şalke”), Toni Kroos (“Real” Madrid, İspaniya), Tomas Müller, Sebastian Rudi (hər ikisi “Bavariya”), Amin Yunes (“Ayaks”, Hollandiya), Leroy Sane (“Mançester Siti”, İngiltərə)
Hücumçular: Lars Ştindl (“Borussiya” M.), Sandro Vaqner (“Hoffenhaym”), Timo Verner (“Leypsiq”)
saytlarin hazirlanmasi