Məşhur mütəxəssis Türkiyə millisində çalışmaqdan imtina edib

11:42 - 4 Oktyabr 2017

İngiltərə millisinin sabiq baş məşqçisi Sem Ellardays Türkiyə yığmasında çalışmaq təklifini geri çevirib.

 

Sportal.az xəbər verir ki, bu barədə təcrübəli mütəxəssis Britaniya mətbuatına açıqlamasında məlumat verib. 62 yaşlı çalışdırıcının sözlərinə görə, Türkiyə Futbol Federasiyanın rəhbərliyi ona bu yay təklif  göndərib. Lakin Ellardays bu təklifi qəbul etməyib.

 

Ellerdaysın son iş yeri ötən mövsüm İngiltərənin “Kristal Pelas” klubu olub.

 

Hazırda Türkiyə yığmasını Fatih Terim istefaya göndərildikdən sonra rumıniyalı mütəxəssis Mirça Luçesku çalışdırır.

Xəbər xətti