19 yaşadək futbolçulardan arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının yer aldığı qrupda ilk turun oyunlarına yekun vurulub.
Sportal.az xəbər verir ki, günün ikinci oyunda Serbiya və Kipr milliləri üz-üzə gəlib. Yovanoviçin 16-cı dəqiqədə vurduğu qol serblərə 1:0 hesablı qələbə qazandırıb.
Bu gün İrlandiya ilə qolsuz bərabərliyə razılaşan U-19 millimiz növbəti oyununu məhz Serbiya yığmasına qarşı keçirəcək. Həmin görüş oktyabrın 7-də keçiriləcək.
saytlarin hazirlanmasi