Bosniya və Hersoqovina millisi DÇ-2018-in seçmə mərhələsindəki son oyununda səfərdə Estoniyanın qonağı olub.
Sportal.az xəbər verir ki, matç bosniyalıların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Qarabağ”ın qapıçısı, Bosniya və Hersoqovina yığmasına dəvət alan İbrahim Şehiç əvvəldən sona kimi görüşü ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, seçmə mərhələni 17 xalla qrup üçüncüsü kimi başa vuran Şehiçin komandası mundialdan kənarda qalıb.
saytlarin hazirlanmasi