“Milan”ın əfsanəvi futbolçusu Corc Vea Liberiya prezidenti seçilib.
Sportal.az xəbər verir ki, sabiq ulduz səsvermədə digər namizədləri qabaqlayıb. Vea 2005-ci ildə də president olmaq üçün namiz idi. Lakin o, seçkilərdə Ellen Conson Sirleafa məğlub olaraq, prezidentlikdən əlini üzmüşdü.
Qeyd edək ki, Vea 1995-ci ildə “Qızıl top” mükafatını qazanan ilk afrikalı futbolçu olub. O, “Milan”ın heyətində 1995/1996 və 1997/1998 mövsümlərində İtaliya A seriyasının qalibi adını qazanıb.
saytlarin hazirlanmasi