Macarıstan milli komandasının baş məşqçisi Bernd Ştork istefaya göndərilib..
Sportal.az xəbər verir ki, 54 yaşlı mütəxəssisin qovulmasına səbəb yığmanın DÇ-2018-in seçmə mərhələsi çərçivəsində uğur qazana bilməməsi olub. Belə ki, macarlar B qrupunda üçüncü yeri tutaraq mübarizəni dayandırıblar.
Qeyd edək ki, almaniyalı mütəxəssis 2015-ci ildən Macarıstan yığmasında çalışırdı.
saytlarin hazirlanmasi