Neymara ölkəsində şok cəza verildi

15:40 - 20 Oktyabr 2017

PSJ-nin futbolçusu Neymara sərt cəza verilib.

 

Sportal.az xəbər verir ki, Braziliya məhkəməsi ulduz futbolçunu 3,8 milyon real məbləğində cəzalandırıb. Buna səbəb Neymarın vergi borclarını gecikdirməsi olub. Braziliya millisinin üzvünün ailəsi və 3 təmsilçisi də eyni miqdarda cərimələnib.

 

Qeyd edək ki, 2011-2013-cü illərdə reklam gəlirlərinin bir qismini maliyyə idarəsindən gizlətdiyi üçün "sambaçı"nın 62,5 milyon dollarlıq sərvətinə həbs qoyulmuşdu.

Xəbər xətti