Buffon: "Bu yaşda mükafat qazanmaq qürurvericidir"

10:10 - 24 Oktyabr 2017

İtaliya millisinin və "Yuventus"un qapıçısı Canluici Buffon FİFA tərəfindən ilin ən yaxşı qapıçısı seçilib.

 

Sportal.az xəbər verir ki, təcrübəli qapıçı bu barədə fikirlərini bölüşüb:

 

"Çox xoşbəxtəm. Bu yaşda mükafat qazanmaq qürurvericidir. Klubum, məşqçilərim, komanda yoldaşlarımın sayəsində buna nail oldum. Onların bu yardımını mütləq vurğulamalı idim".

 

39 yaşlı futbolçu karyerasına Çempionlar Liqasını qazanaraq nöqtə qoymaq istədiyini sözlərinə əlavə edib:

 

"Mənə səs verənlərə təşəkkür edirəm. Ötən mövsüm mənim və "Yuventus" üçün yaxşı keçdi. Ancaq ÇL-də qalib ola bilmədik. Bu il "Yuventus"la bunu bacararaq karyerama nöqtə qoymaq istəyərdim. Çünki karyeramı belə yekunlaşdırmaq istəyirəm".

Xəbər xətti