Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunun ilk oyun günündən sonra klubların UEFA reytinqi açıqlanıb.
Sportal.az xəbər verir ki, adıçəkilən turnirdə mübarizə aparan “Qarabağ”ın Madriddən heç-heçə (1:1) ilə dönməsi ağdamlıların aktivinə 1 xal əlavə edib.
“Qarabağ”ın aktivində hazırda 20,500 xal var. Ağdam klubu hazırda bu nəticədən sonra 1 pillə irəliləyərək 65-ci yerə yüksəlib.Qurban Qurbanovun yetirmələri bu pillədə Sloveniya “Maribor”u ilə şərikdi.
Maraq üçün bildirək ki, 64-cü pillədə İtaliyanın "Milan" klubu qərarlaşıb
Təmsilçimizi evdə uda bilməyən “Atletiko” isə 1 pillə geriləyib. Madridlilər 2-ci yerdəki yerini “Bavariya”ya təhvil verib. “Atlılar”ın ÇL-dəki rəqiblərindən “Çelsi” 15, “Roma” isə 28-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, siyahıya Madridin “Real” komandası başçılıq edir.
saytlarin hazirlanmasi