Andrea Pirlo karyerasını başa vurdu

00:15 - 7 Noyabr 2017

İtaliya millisinin sabiq futbolçusu Andrea Pirlo karyerasının son oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, təcrübəli oyunçu MLS-də “Nyu-York Siti”nin heyətində “Kolumbus”la matçda (2:0) 90 dəqiqə meydanda olub. Bununla da, Pirlo peşəkar karyerasına son qoyub.

 

Xatırladaq ki, Pirlo karyerası ərzində “Milan”, “İnter”, “Yuventus”, “Reccina”, “Breşiya” kimi klublarda oynayıb. 38 yaşlı yarımmüdafiəçi 2015-ci ildən “Nyu-York Siti”nin şərəfini qoruyurdu.

Xəbər xətti