Şevçenko ilə müqavilə uzadıldı

01:20 - 7 Noyabr 2017

Ukrayna Futbol Federasiyası milli komandanın baş məşqçisi Andrey Şevçenko ilə bağlı qərar verib.

 

Sportal.az xəbər verir ki, federasiya yığmanın DÇ-2018-ə vəsiqə qazanmamasına baxmayaraq, baş məşqçi ilə yeni müqavilə imzalayıb. 41 yaşlı mütəxəssislə müqavilənin müddəti AÇ-2020-nin seçmə mərhələsinin sonuna kimi uzadılıb.

 

Şevçenko açıqlamasında iddialı danışıb: "Ukrayna Futbol Federasiyası ilə yola davam etmək haqda razılıq əldə etdik. Ukrayna xalqı AÇ-2020 üçün biletləri bron etməyə hazırlaşsın".

 

Qeyd edək ki, Andrey Şevçenko 2016-cı ildən Ukrayna millisinin "sükanı arxası"ndadır.

Xəbər xətti