"Qızıl ayaq" mükafatının sahibi məlum oldu

01:35 - 8 Noyabr 2017

“Portu”nun və İspaniya millisinin qapıçısı İker Kasilyas “Qızıl ayaq” mükafatına layiq görülüb.

 

Sportal.az xəbər verir ki, 36 yaşlı qolkiper Kriştiano Ronaldo, Lionel Messi, Manuel Noyer, Serxio Ramos, Aryen Robben, Tiaqo Silva, Luis Suares, Yaya Ture və Andrea Pirlo kimi ulduz futbolçuları qabaqlayıb.

 

Xatırladaq ki, “Qızıl ayaq” mükafatı yaşı 28-dən az olmayan futbolçuya verilir. Ötən il bu mükafat İtaliya millisi və “Yuventus”un qapıçısı Canluici Buffona verilmişdi.

Xəbər xətti