Advokat millidən ayrılır

01:14 - 9 Noyabr 2017

Hollandiya millisinin baş məşqçisi Dik Advokat yığmadakı gələcəyi ilə bağlı ərar verib.

 

Sportal.az xəbər verir ki, 70 yaşlı mütəxəssis Şotlandiya və Rumıniya ilə yoxlama matçlarından sonra milidən gedəcəyini bəyan edib. O, bu barədə Hollandiya mətbuatına açıqlamasında məlumat verib.

 

Hollandiya millisinin noyabrın 14-də Rumıniya ilə keçiriləcək yoldaşlıq oyunu Advokat üçün son olacaq. Yığmaya isə Ronald Kumanın gətiriləcəyi il bağlı şayiələr var.

 

Xatırladaq ki, Advokat bu ilin may ayında milliyə baş məşqçi təyin olunmuşdu. O, yığma ilə DÇ-2018-ə vəsiqə qazana bilməyib.

Xəbər xətti