Argentina milli komandası 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının qalibi olarsa, Lionel Messi unudulmaz yürüş gerçəklədirəcək.
Sportal.az xəbər verir ki, "Barselona"nın ulduz futbolçusu maraqlı söz verib. Belə ki, Argentinada qatıldığı bir televiziya proqramında aparıcı Messiyə "dünya çempionu olsaz, San Nikolasdan Razariyaya piyada getməyə razısız?" sualını verib.
Bu suala cavab olaraq 30 yaşlı hücumçu 70 kilometrlik yolu gəzərək gedəcəyinə söz verib: "Əgər bunu bacarsaq Argentina xalqı ilə birlikdə San Nikolasdan Rozariyoya kimi gedəcəm"
saytlarin hazirlanmasi