Kot-d-ivuarlı hücumçu Didiye Droqba futboldan gedəcəyi tarixi açıqlayıb.
Sportal.az xəbər verir ki, ulduz futbolçu növbəti mövsüm butsılarını mismardan asacağını bəyan edib:
"Növbəti mövsüm mənim üçün son olacaq. Futbol oynamaq zövqlüdür, ancaq 39 yaşda əvvəlki kimi sürətli oynaya bilmirsiniz".
Droqba hazırda ABŞ-ın II Liqasında mübarizə aparan "Foniks Rizinq" klbunda çıxış edir. O, geridə qalan mövsümdə 14 oyun keçirib və 9 qol, 3 assistlə yadda qalıb. MLS 2-ci liqada yeni mövsüm 2018-ci ilin mart ayında başlayacaq və oktyabrda başa çatacaq.
39 yaşlı hücumçu "Marsel", "Çelsi" və "Qalatsaray" kimi klublarda top qovub.
saytlarin hazirlanmasi