Xorvatiya Futbol Federasiyası (XFF) millinin baş məşqçisi Zlatko Daliç barədə qərar verib.
Sportal.az xəbər verir ki, federasiya yığmaya müvəqqəti baş məşqçi kimi gətirilən, millinin “sükanı arxasında” keçirdiyi 3 matçda 2 qələbə, 1 bərabərlik əldə edərək komandaya dünya çempionatına vəsiqə qazandıran Daliç öz işini davam etdirəcək. Belə ki, mütəxəssislə federasiya prezidenti Davor Şukerin görüşü zamanı Daliçin DÇ-2018-də də milliyə rəhbərlik etməsinə qərar verilib.
Xatırladaq ki, Xorvatiya millisi Daliçin rəhbərliyi altında seçmə mərhələnin qrupunda Ukrayna yığmasını məğlub edərək pley-offa vəsiqə qazanmış, burda isə Yunanıstan millisini (4:1, 0:0) mübarizədən kənarlaşdıraraq mundiala “bilet” əldə edib.
saytlarin hazirlanmasi