İspaniya La Liqasında mübarizə aparan "Atletik" klbunda yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, komandanın hücumçusu Artis Aduritslə müqavilə yenilənib. Təcrübəli futbolçu 2019-cu ilin iyununa kimi "Atletik"in şərəfini qoruyacaq.
36 yaşlı hücumçunun sərbəst qalma qiyməti 40 milyon avro qoyulub.
Karyerasının əsas bölümünü "Atletik"ə həsr edən forvard bu mövsüm keçirdiyi 19 oyunda 9 qol vurub.
saytlarin hazirlanmasi