Dünya çempionatına vəsiqə qazanan 32 komandanın adı məlumdur.
Sportal.az saytı mundiala vəsiqə qazanan bəzi Avropa ölkələrinin çempionatlarındakı limit qaydasını təqdim edir:
Belçika: Klublar istədikləri qədər legioner oyunçu transfer edə bilər. Ancaq 18 nəfərlik heyətdə 6 oyunçu aşağı yaş qruplarında yetişməsi şərtdir.
İslandiya: Klublar istədikləri qədər əcnəbi futbolçuyla müqavilə imzalaya bilər. Matçın start heyətində Avropadan olmayan 3 oyunçu yer ala bilər.
Serbiya: Limit yoxdur.
İngiltərə: Limit yoxdur.
Polşa: Limit yoxdur.
İspaniya: Limit yoxdur.
Fransa: Limit yoxdur. Avropaya daxil olmayan ölkələrin 4 futbolçusu start heyətdə yer ala bilər.
Portuqaliya: Limit yoxdur.
Almaniya: Limit yoxdur, ancaq iştirak ərizəsində 12 alman futbolçunun olması şərtdir.
Rusiya: İstənilən qədər legioner transfer etmək olar, ancaq start heyətdə 7 əcnəbi çıxış edə bilər.
İsveç: İstənilən qədər legioner transfer etmək olar, ancaq start heyətdə 3 əcnəbi çıxış edə bilər.
Xorvatiya: İstənilən qədər legioner transfer etmək olar, ancaq start heyətdə 4 əcnəbi çıxış edə bilər.
Ölkəmizdə də limit var. Topaz Premyer Liqasında limit oyun zamanı aşağıdakı kimidir:
6+4+1 (6 legioner +4 Azərbaycan vətəndaşı + 1 nəfər 1996-cı il doğumlu və daha gənc Azərbaycan vətəndaşı). Matçın protokolunda 1998-ci il təvəllüdlü (Azərbaycan vətəndaşı) və ya daha gənc 1 oyunçunun olması mütləqdir.