Bu gün Çempionlar Liqasında qrup mərhələsinin sonuncu – 6-cı turuna start veriləcək.
Sportal.az xəbər verir ki, ölkəmizi qitənin ən nüfuzlu klub turnirində təmsil edən “Qarabağ” sonuncu oyununa çıxacaq. Ağdam təmsilçisi İtaliyada “Roma”nın qonağı olacaq.
Qrupdan çıxmaq şansını itirən təmsilçimiz üçün bu oyun formal xarakter daşıyır. Lakin “canavarlar” 1/8 finala çıxmaq üçün qələbə qazanmalıdır. Çünki meydan sahibləri xal itirsə, qrupdan çxımaq üçün “Çelsi”nin “Atletiko”ya qalib gəlməsinə ümid etməlidir.
Qeyd edək ki, “Roma” ilə “Qarabağ” arasında Bakıda keçirilən görüş İtaliya klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
5 dekabr
Çempionlar Liqası
Qrup mərhələsi, VI tur
C qrupu
23:45. “Roma” (İtaliya) – “Qarabağ” (Azərbaycan) - 1:0
Qol: Dieqo Perotti, 54
Baş hakim: Tobias Stieler
Yan xətt hakimləri: Mayk Pikel, Yan Seydel
Əlavə hakim köməkçiləri: Bastian Dankert, Harm Osmers
Dördüncü hakim: Kristian Gittelmann (hamısı Almaniya)
Roma. Olimpiya stadionu
“Roma”: 1. Alisson Bekker, 4. Radja Nainqqolan, 6. Kevin Strotman, 8. Dieqo Perotti, 9. Edin Dzeko, 11. Aleksandr Kolarov, 16. Daniele de Rossi, 20. Federiko Fazio, 24. Alessandro Florenzi, 44. Kostas Manolas, 92. Stefan Əl-Şaravi
Ehtiyat oyunçular: 28. Lukaş Skorupski, 5. Juan Jesus, 7. Lorenzo Pelleqrini, 14. Patrik Şik, 15. Hektor Moreno, 21. Maksim Qonalons, 30. Gerson
Baş məşqçi: Eusebio de Françesko
“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Migel Madera, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 52. Yakub Jezniçak, 77. Donald Gerye
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 30. Abbas Hüseynov, 44. Ağabala Ramazanov, 90. Ramil Şeydayev, 91. Coşqun Diniyev, 99. Dani Kintana
Baş məşqçi: Qurban Qurbanov
saytlarin hazirlanmasi