"Qarabağ"ın gəncləri "Roma"ya məğlub oldu YENİLƏNİB

19:19 - 5 Dekabr 2017

“Qarabağ”ın U-19 komandası bu gün UEFA Gənclər Liqasının qrup mərhələsində sonuncu oyununa çıxacaq.

 

Sportal.az xəbər verir ki, Rəşad Sadıqovun yetirmələri İtaliyada “Roma”dan olan həmyaşıdları ilə qarşılaşacaq.

 

Gənc “köhlən atlar” keçirdikləri 5 oyundan yalnız birində qalib gələ bilib. “Roma” ilə sonuncu turun oyunu Sadıqovun komandası üçün formal xarakter daşıyır.

 

“Qarabağ”ın U-19 komandası Bakıdakı oyunda “Roma”ya 0:3 hesabı ilə məğlub olmuşdu.

 

UEFA Gənclər Liqası, 6-cı tur

5 dekabr

C qrupu

 

17:30 “Roma” (İtaliya) – “Qarabağ” (Azərbaycan) - 3:0
Qollar:
Zakaria Sdaiqui, 19, Visente Besujen, 35, Ludoviko Dorazio, 81
Baş hakim: Tihomir Pejin
Köməkçi hakimlər: Qoran Pataki, Maryan Tomas (hamısı Xorvatiya)
Ehtiyat hakim: Daniele Martinelli (İtaliya)
Roma. “Tre Fontan” stadionu

 

"Roma": 1. Andrea Romanyoli, 5. Stefano Siavattini (k), 8. Alessandro Petruççelli, 10. Mirko Antonuççi, 11. Rikkardo Kappa, 13. Andrea Siofi, 14. Devid Bua, 15. Salvatore Pezzella, 17. Françesko Semeraro, 18. Visente Besujen, 22. Zakaria Sdaiqui

 

Ehtiyat oyunçular: 12. Stefano Qreko, 2. Lirim Kastrati, 3. Andrei Trusesku, 4. Rikkardo Karqnelutti, 16. Alessio Rikkardi, 19. Ludoviko Dorazio, 21. Luka Petrunqaro

 

Baş məşqçi: Alberto De Rossi

 

"Qarabağ": 89. Nicat Mehbalıyev, 3. Turan Manafov, 24. Yaroslav Deda, 28. Süleyman Əhmədov, 31. Oliver Stoymenovski, 36. Əli Əliyev, 39. Zaur Fərzəliyev (k), 47. Əsgər Hüseynov, 59. Boyan Miovski, 60. Pilağa Mehdiyev, 80. İbrahim Qədirzadə

 

Ehtiyat oyunçular: 40. Məmməd Hüseynov, 26. Rahid Ağazadə, 27. Ülvi İbrahimov, 37. Akif Hümbətzadə, 38. Famin Əliyev, 54. İbrahim Hüseynov, 72. Taleh Rzayev

 

Baş məşqçi: Rəşad Sadıqov

 

1. Çelsi        5 4 0 1 13-5  12
2. Atletiko    5 3 0 2 10-7   9
3. Roma      6 3 0 3  11-6   9
4. Qarabağ  6 1 0 5 3-19   3

Xəbər xətti