UEFA 2020-ci ildə keçiriləcək Avropa çempionatının açılış matçının baş tutacağı şəhəri açıqlayıb.
Sportal.az xəbər verir ki, turnirin ilk oyunu İtaliyanın paytaxtı olan Romada reallaşacaq.
AÇ-2020-nin qrup mərhələsinin matçlarının oynanılacağı şəhərlər də açıqlanıb. A qrupunun oyunları paytaxtımız Bakı şəhəri il birgə Romada təşkil ediləcək.
A qrupunun 3 oyunu Bakıda baş tutacaq. 1/4 finalın 1 görüşü də ölkəmizdə keçiriləcək.
Yarım finallar və final isə Londonda keçiriləcək.
A qupu: Roma və Baku
B qrupu: Sant Peterburq və Kopenhagen
C qrupu: Amsterdam və Buxarest
D qrupu: London və Qlazqo
E qrupu: Bilbao və Dublin
F qrupu: Münhen və Budapeşt