Ukraynada ilin ən yaxşı məşqçisi müəyyənləşib.
Sportal.az xəbər verir ki, “Şaxtyor”unun çalışdırıcısı Paulu Fonseka 2017-ci ilin ən yaxşısı seçilib. Onun mükafatlandırılma mərasimi Kiyevdə təşkil olunub.
Qeyd edək ki, Fonseka “Şaxtyor”u 2016-cı ildən çalışdırır. O, bu il Donetsk təmsilçisi ilə Ukraynada hər üç mükafata sahib çıxıb. Həmçinin, “Şaxtyor” Çempionlar Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanıb.
saytlarin hazirlanmasi